Bank Of Baku

Alla Puqaçovanın keçmiş həyat yoldaşı Aleksandr Stefanoviç vəfat edib

Rejissor Aleksandr Stefanoviç

© APA | Rejissor Aleksandr Stefanoviç

# 14 iyul 2021 08:20 (UTC +04:00)

SSRİ Xalq artisti Alla Puqaçovanın keçmiş həyat yoldaşı, rejissor Aleksandr Stefanoviç həkimlərin səyinə baxmayaraq “Baxruşının” xəstəxanasında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, A.Stefanoviç koronavirusdan dünyasını dəyişib.

Əvvəl ev şəraitində müalicə olunsa da, vəziyyəti pisləşdiyindən iyulun 5-də xəstəxanaya yerləşdirilib. Koronavirusun ağ ciyərini zədələməsi səbəbindən ölüb. 
Rejissorun harada və nə vaxt dəfn ediləcəyi açıqlanmayıb.
Qeyd edək ki, Stefanoviç Alla Puqaçova ilə əməkdaşlığa başladıqdan sonra məşhurlaşmışdı. 1977-ci ildə o, Alla ilə evlənib. Lakin evlilik uzun sürməyib, 1981-ci ildə cütlük ayrılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR