Bank Of Baku

Almaniya səfiri: Gürcüstan Aİ ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır

Almaniya səfiri: Gürcüstan Aİ ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır
# 26 mart 2025 13:06 (UTC +04:00)

Gürcüstan Avropa İttifaqı ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer jurnalistlərə açıqlamasında deyib.

"Gürcüstanın 2023-cü ilin dekabrından namizəd statusu var. Bu status Aİ-nin üzvlük üçün verə biləcəyi ən böyük hədiyyələrdən biridir. Sizdə bu dəvət var, lakin ötən ilin iyun ayından Gürcüstanın namizəd statusu ilə bağlı işlər dayandırılıb, çünki Gürcüstan ittifaqla yaxınlaşmaq əvəzinə ondan uzaqlaşır", - Fişer deyib.

Səfir Almaniyanın üzvlük prosesinin dayandırılmasına görə, Gürcüstan hökumətinin məsuliyyət daşıdığını qeyd edib. Əlavə edib ki, Almaniya nümayişçilərə qarşı insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan gürcü rəsmilərinin ölkəyə girişinə əlavə qadağa qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR