Almaniyanın Rusiyanın Kalininqrad şəhərindəki Baş Konsulluğu fəaliyyətini dayandırıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə məlumat Baş konsulluğun rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, Almaniyanın Kalininqraddakı Baş konsulluğu bu il noyabrın 30-dan fəaliyyətini dayandırır.