Bank Of Baku

Almaniyanın Novosibirskdəki Baş konsulluğu fəaliyyətini dayandırıb

Almaniyanın Novosibirskdəki Baş konsulluğu fəaliyyətini dayandırıb
# 01 dekabr 2023 10:50 (UTC +04:00)

Almaniyanın Novosibirsk şəhərindəki Baş konsulluğu fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı nümayəndəliklərinin rəsmi saytında məlumat verilib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya hökumətinin Almaniyanın nümayəndəlik və təşkilatlarının əməkdaşları üçün 350 nəfərlik kvota tətbiq etmək qərarı barədə məlumat verilib.

Bunun nəticəsində Rusiyanın Kalininqrad, Yekaterinburq və Novosibirsk şəhərlərindəki Almaniya Baş konsulluqlarının cari ilin sonuna qədər bağlanması planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR