Qazaxıstanın Almatı şəhər aeroportu iğtişaşlardan sonra xaricdən gələn ilk mülki təyyarəni qəbul edib.
APA-nın xəbərinə görə, Antalya-Almatı reysini həyata keçirən sərnişin təyyarəsi bir neçə dəqiqə əvvəl yerə enib.
***
07.28
Qazaxıstanın Almatı aeroportuna iğtişaşlardan sonra ilk mülki təyyarə enib.
APA-nın “Ria Novosti”yə istinadla məlumatına görə, Nursultan aeroportundan qalxan “Qazaq Air” şirkətinə məxsus sərnişin təyyarəsi Almatıya enib.
Gün ərzində daha bir neçə reys planlaşdırılıb. Qazaxıstanın Mülki Aviasiya Komitəsi də aeroportun yanvarın 13-də açılacağını elan etmişdi.