Bank Of Baku

Almatıda 13 asayiş keşikçisi öldürülüb - YENİLƏNİB

Qazaxıstan

© APA | Qazaxıstan

# 06 yanvar 2022 13:19 (UTC +04:00)

Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı öldürülən asayiş keşikçilərinin sayı 13 nəfərə çatıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, şəhər komendaturası daha 1 asayiş keşikçisinin meyitinin tapıldığını bildirib.

Onun başının kəsildiyi ehtimal olunur.

***

12:32

Qazaxıstanın Almatı şəhərində kütləvi etirazlar zamanı 12 asayiş keşikçisi öldürülüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər komendaturası məlumat verib.

Ölənlərdən birinin başının kəsildiyi qeyd olunub.

Bundan başqa, şəhərdə iğtişaşların yatırılması zamanı hüquq mühafizə orqanlarının 353 əməkdaşının yaralandığı da bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR