Bank Of Baku

Aprel müharibəsi ilə əlaqədar araşdırmalar nəticəsində Ermənistan MN-in bəzi məmurları işdən çıxarıla bilər

Aprel müharibəsi ilə əlaqədar araşdırmalar nəticəsində Ermənistan MN-in bəzi məmurları işdən çıxarıla bilər
# 13 sentyabr 2019 12:42 (UTC +04:00)

2016-cı ilin aprel müharibəsi ilə əlaqədar araşdırma aparmaq üçün Ermənistan parlamentində yaradılmış xüsusi komissiyanın fəaliyyəti bu ölkənin Müdafiə Nazirliyinin bəzi məmurlarının ciddi narahatlığına səbəb olub.

APA-nın məlumatına görə, Ermənistanda nəşr olunan "Joxovurd" qəzeti yazır ki, araşdırmaların nəticəsi olaraq Müdafiə Nazirliyində çalışan bəzi şəxslər işdən çıxarıla bilər.

MN-dəki bəzi məmurların komissiyanın araşdırmalarından ciddi təşvişə düşdüyü bildirilir.

Parlament komissiyası araşdırmaları davam etdirir.

Qeyd edək ki, 2016-cı ilin aprelin ayında cəbhədə baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunu ağır məğlubiyyətə uğradıb, işğal altında olan bəzi ərazilər azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR