Bank Of Baku

Armen Qriqoryan: Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır

Armen Qriqoryan: Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır
# 27 aprel 2023 10:45 (UTC +04:00)

Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir. İndi Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır.

APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

“Bizi Qərbə yönəlməkdə ittiham edirlər, lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz təhlükəsizlik problemlərimizi həll etmək baxımından müxtəlif sahələrdə əməkdaşlıq edirik”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR