Armen Qriqoryan İran Prezidenti ilə regional təhlükəsizliyi müzakirə edib

Armen Qriqoryan

© APA | Armen Qriqoryan

# 03 oktyabr 2023 11:12 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi "Facebook" hesabında bildirib.

Onun sözlərinə görə, görüş zamanı regional təhlükəsizlik vəziyyəti müzakirə edilib və sərhədlərin bütövlüyü prinsipinə riayət edilməsi və münaqişələrin dialoq yolu ilə həll edilməli olduğu vurğulanıb.

Görüşdə Ermənistan-İran ikitərəfli münasibətlərinə toxunulub, bu əlaqələrin multidissiplinar inkişafının davamlılığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR