Bank Of Baku

Arxiyepiskop Mikael Acapaxyan Ermənistan İstintaq Komitəsinə gedib

Arxiyepiskop Mikael Acapaxyan Ermənistan İstintaq Komitəsinə gedib
# 27 iyun 2025 17:19 (UTC +04:00)

Arxiyepiskop Mikael Acapaxyan və vəkilləri Eçmiədzindən İstintaq Komitəsinə gediblər.

APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Onun İstintaq Komitəsinə getməsi canlı yayımlanıb.

Bəzi keşişlər də arxiyepiskop Mikael Acapaxyanla birlikdə komitəyə gediblər.

Xatırladaq ki, arxiyepiskop Mikael Ajapakhyana qarşı cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında arxiyepiskop Mikael Acapaxyanı hüquq-mühafizə orqanlarından gizlənməməyə çağırıb.

Ermənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin arxiyepiskop Mikael Acapaxyan saxlamasına mane olan vətəndaşlara qarşı cinayət işi açıb.

Komitədən bildirilib ki, bu şəxslərin əməlləri ədalət mühakiməsinə maneçilik kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR