Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü iyunun 21-də Astanada keçiriləcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
"Rusiyanın böyük nümayəndə heyəti Astanaya yollanır. İyunun 21-də Rusiya Federasiyası, İran, Türkiyə, Suriya xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş olacaq", - deyə o bildirib.
Qeyd edək ki, mayın 10-da Moskvada Suriyanın sülh nizamlanmasına dair xarici işlər nazirləri səviyyəsində dördtərəfli görüş keçirilib.