Bank Of Baku

Astanada xüsusi əməliyyat zamanı bankın girov götürülən 7 əməkdaşı azad edilib - YENİLƏNİB-3

Astanada xüsusi əməliyyat zamanı bankın girov götürülən 7 əməkdaşı azad edilib - YENİLƏNİB-3
# 18 iyun 2023 15:03 (UTC +04:00)

Qazaxıstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində əməliyyat keçirib.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan DİN mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bankın şöbəsində silahlı şəxsin girov götürdüyü 7 bank əməkdaşı azad edilib, silahlı şəxs zərərsizləşdirilib.

Sputnik Kazaxstan” isə bank əməkdaşlarını girov götürən şəxsin artıq yaxalandığı və binadan çıxarıldığı barədə məlumat yayıb.

***

saat 14.57

Qazaxıstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində əməliyyata başlayıb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Bankın şöbəsinə silahlı şəxs 7 bank əməkdaşını girov götürüb. Binanın qapısının qarşısında güclü partlayışdan sonra xüsusi təyinatlılar banka daxil olub.

Qazaxıstan Daxili İşlər Nazirliyi artıq 4 girovun azad edildiyini açıqlayıb.

***

saat 14.45

Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində yalnız bank əməkdaşları olub, şöbədə müştərilər olmayıb.

APA-nın xəbərinə görə, bu barədə bankın yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, hazırda polis silahlı şəxslə danışıqlar aparır.

***

saat 14.31

Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində silahlı şəxsin 7 nəfəri girov götürdüyü ehtimal edilir.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, peşəkar mütəxəssislər hazırda silahlı şəxslə danışıqlar aparır.

Hadisə yeninə Qazaxıstan DİN-nin xüsusi təyinatlı “Arlan” bölməsi cəlb olunub.

***

saat 14.25

Qazaxıstanın paytaxtı Astanada silahlı şəxs banka hücum edib, bir neçə nəfəri girov saxlayır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, polis Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində insanları girov götürən silahlı şəxslə danışıqlar aparır.

Polis əhalini sakitliyə riayət etməyə və hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmamağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR