ATƏT-in Ukraynadakı missiyasının üzvlərinin çoxu təxliyə olunub.
APA-nın xəbərinə görə, bu məlumat ATƏT-in gündəlik hsabatında yer alıb.
Hesabatda göstərilir ki, missiya üzvlərinin əksəriyyətinin təxliyəsi başa çatıb. Monitorinq missiyasının Xarkov və Xersondakı nümayəndələri sığınacaqdadırlar. Donetsk və Luqanskda qalan müşahidəçilər isə Rusiya ərazisi ilə təxliyə olunacaqlar. Kiyevdəki Baş Ofisin bütün heyəti isə yerində qalır.