Bank Of Baku

Avrasiya İqtisadi Birliyi ölkələri ümumi maliyyə bazarı konsepsiyasını təsdiqləyiblər

Avrasiya İqtisadi Birliyi ölkələri ümumi maliyyə bazarı konsepsiyasını təsdiqləyiblər
# 01 oktyabr 2019 17:29 (UTC +04:00)

Avrasiya İqtisadi Birliyi ölkələrinin liderləri Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasında ümumi maliyyə bazarının konsepsiyasını təsdiqləyiblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus Prezidenti qeyd edib ki, bununla da liderlər kapital və xidmətlərin sərbəst hərəkətinin təmin olunmasının əsasını qoyublar: “Bu bazarın təşkil olunması rəqəmsallaşma ilə müşayiət olunmalıdır. Bu isə maliyyə texnologiyalarının inkişafına və maliyyə xidmətlərinin daha əlçatan olmasına xidmət edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR