Bank Of Baku

Avropa Komissiyasının vitse-prezidenti Ermənistana səfər edəcək

Avropa Komissiyasının vitse-prezidenti Ermənistana səfər edəcək
# 13 may 2024 11:03 (UTC +04:00)

Avropa Komissiyasının iqtisadiyyat üzrə icraçı vitse-prezidenti və Aİ-nin ticarət məsələləri üzrə komissarı Valdis Dombroviskis Ermənistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Valdis Dombrovskis mayın 15-i və 16-da İrəvanda səfərədə olacaq. İkigünlük səfəri çərçivəsində Aİ rəsmisi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Basso, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan və onun müavinləri Mher Qriqoryan və Tiqran Xaçatryanla görüşlər keçirəcək və AYİB 2024-ün İllik Yığıncağının Rəhbərlər Şurasının açılış sessiyasında iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR