Avstraliya hökuməti Rusiya hərbçilərinə qarşı yeni sanksiya tətbiq edib.
APA-nın xəbərinə görə, bu barədə ölkənin XİN-i məlumat yayıb.
Nazirliyin siyahısında göstərilir ki, Ukraynada əməliyyatlara rəhbərlik edən 6 yüksək rütbəli zabitin Avstraliyaya girişi qadağan edilir. Siyahıda əlavə olaraq 16 mülki şəxsin adları yer alır.
Avstraliya hökuməti paralel olaraq Rusiyanın rəsmi Kİv-lərinin də yaydığı informasiyaların məhdudlaşdırılması üzərində işləyir.