Bank Of Baku

AYİB Ukrayna və Rusiyaya dair proqnozunu aşağı salıb

AYİB Ukrayna və Rusiyaya dair proqnozunu aşağı salıb
# 04 aprel 2022 20:37 (UTC +04:00)

Avropa Yenidənqurma və Inkişaf Bankı (AYİB) Ukrayna və Rusiyaya dair proqnozuna dəyişiklik edib.

APA-nın boursier.com saytına istinadla xəbərinə görə, bank əvvəlki proqnozunda bu il Ukraynada 3,5, Rusiyada isə 3% artım proqnozlaşdırmışdı.

Son dəyərləndirmədən sonra bu il Ukraynada ümumi daxili məhsulun 20% azalacağı göstərilir. Bankın mütəxəssislərinin fikrincə, Ukrayna 1970-ci ildən sonra ən ciddi tənəzzüllə üz-üzədir. Lakin gələn il üçün Ukraynada 23% artım gözlənilir.

Bank sanksiya məngənəsində sıxılan Rusiya iqtisadiyyatının bu il azı 10% geriləyəcəyini ehtimal edir. 2023-cü ildə isə 0% həddində artım gözlənilir. Federasiyada inkişafın 2024-cü ildə başlayacağı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR