Azərbaycan əsilli rusiyalı reper Navai (Nəvai Bəkirov) Qazaxıstandan deportasiya olunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, narkotik qaçaqmalçılığı ittihamı ilə Qırğızıstan-Qazaxıstan sərhədində saxlanılan Navai bir neçə gün istintaq təcridxanasında saxlanılandan sonra sərbəst buraxılıb.
Bəkirova qarşı qaldırılan cinayət iş dayandırılıb və o, ölkədən çıxarılıb.
Qazaxıstanın Zakon nəşrinin məlumatına görə, Bəkirova qarşı narkotik qaçaqmalçılığı cəhdi ilə bağlı qaldırılan cinayət işi "ilk dəfə cinayət törətdiyi və fəal peşmançılıq göstərdiyi nəzərə alınmaqla, reabilitasiya olunmayan əsaslarla" dayandırılıb.
Qeyd edək ki, Bəkirov 13 oktyabrda Qazaxıstana daxil olarkən Qırğızıstanla sərhəddəki keçid məntəqəsində avtomobilində narkotik tapıldıqdan sonra saxlanılıb.