44 günlük müharibə başa çatdıqdan sonra 173 nəfər erməni hərbçi və mülki şəxs Ermənistana qaytarılıb.
APA xəbər verir ki, bu barədə Ermənistanın əsir, saxlanılan və itkin düşmüş şəxslərlə əlaqədar İdarələrarası Komissiyasının iclasında məlumat verilib.
Qeyd olunub ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistana 422 nəfərin cəsədi qaytarılıb ki, onların içində 225 nəfər ötən ilin sentyabr ayında baş vermiş toqquşmalarda ölüb.