Bank Of Baku

Azərbaycanın Moskvadakı səfirliyinin binasında bayraq yarıya qədər endirilib - FOTO - VİDEO

Azərbaycanın Moskvadakı səfirliyinin binasında bayraq yarıya qədər endirilib - FOTO  - VİDEO
# 26 dekabr 2024 11:22 (UTC +04:00)

Azərbaycanın Moskvadakı səfirliyinin binasında bayraq yarıya qədər endirilib.


APA-nın Moskva müxbiri xəbər verir ki, binanın girişində təyyarə qəzası qurbanlarının xatirəsinə gül dəstələri qoyulub.

Səfirlikdən bildirilib ki, dekabrın 26-da saat 16:00-dan 18:00-dək və dekabrın 27-də saat 14:00-dan 16:00-dək Bakı-Qroznı istiqamətində hərəkət edən "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənib sərnişinlərinin ölümü ilə nəticələnən qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının Səfirliyində (Səfirliyin Qonaq Evi, Voznesenski 15) başsağlığı dəftəri açılacaq.

Qeyd olunub ki, başsağlığı həm də elektron şəkildə [email protected] ünvanına göndərilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR