Moskvanın bir sıra hava limanlarında təyyarələrin uçuş və enişlərinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Saratov hava limanından bildirilib.
Jukovski, Vnukovo, Domodedovo, Kaluqa, Nijni Novqorod və bir çox başqa şəhərlərinin hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyindən Bakıdan da daxil olmaqla Moskvaya uçan 9 təyyarə Saratovdakı ehtiyat aerodromuna yönləndirilib.
Qeyd edək ki, Rusiya hava limanlarında PUA hücumları səbəbindən Moskva hava limanlarının bağlanması ilə əlaqədar uçuşlarda saatlarla gecikmələr yaşanır.