Bank Of Baku

Baltik dənizində ABŞ-nin bombardmançı təyyarələrinə görə Rusiyanın Su-27 qırıcısı havaya qalxıb

Baltik dənizində ABŞ-nin bombardmançı təyyarələrinə görə Rusiyanın Su-27 qırıcısı havaya qalxıb
# 23 may 2023 22:20 (UTC +04:00)

Rusiyanın Su-27 qırıcısı Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-1B strateji bombardmançı təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzində məlumat verilib.

Qeyd olunub ki, Rusiya qırıcısının ekipajı hava hədəflərini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-1B strateji bombardmançı təyyarəsi kimi təsnif edib.

Rusiya Federasiyasının dövlət sərhədinin pozulması halları qeydə alınmayıb.

Həmçinin Rusiya Federasiyasının Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzi xarici hərbi təyyarələrin Rusiya Federasiyasının dövlət sərhədindən çıxarılmasından sonra rus qırıcısının öz baza aerodromuna qayıtdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR