Baltikyanı ölkələr ATƏT XİN başçıları Şurasının iclasına qatılmayacaq

Baltikyanı ölkələr ATƏT XİN başçıları Şurasının iclasına qatılmayacaq
# 28 noyabr 2023 17:29 (UTC +04:00)

Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) xarici işlər nazirləri Şimali Makedoniyanın paytaxtı Skopyedə noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb kimi Skopyedə Rusiya nümayəndə heyətinin iştirakı göstərilib.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT XİN başçıları Şurasının iclasında iştirakı planlaşdırılıb.

Ukraynanın xarici işlər naziri Andrey Kuleba da Lavrova görə ATƏT tədbirinə getməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR