Bank Of Baku

Baqrat Qalstanyan insanları parlament binasının ətrafında toplaşmağa çağırıb

Baqrat Qalstanyan insanları parlament binasının ətrafında toplaşmağa çağırıb
# 10 iyun 2024 00:21 (UTC +04:00)

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan insanları parlament binasının ətrafında toplaşmağa çağırıb.

APA xəbər verir ki, arxiyepiskop “Mən bütün soydaşlarımızı bura, Baqramyan-Dəmirçyan küçələrinin kəsişməsinə toplaşaraq öz vətəndaşlıq borclarını yerinə yetirməyə çağırıram” deyə xalqa səslənib.

Arxiyepiskopun və yüzlərlə paytaxt sakininin hazırda polisin onlara irəliləməyə imkan vermədiyi Dəmirçyan küçəsinin yaxınlığında olduğu bildirilir. O polisə heç yerə getməyəcəklərini deyib.

Qeyd edək ki, Ermənistanın “Vətən uğrunda Tavuş” müxalif hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 10-da hakimiyyətə öz iradələrini tətbiq etmək üçün xalqı 96 saat ərzində kütləvi itaətsizlik və etiraz aksiyalarına çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR