Bank Of Baku

Baş katib: Ermənistan KTMT-ni tərk etməyib

Baş katib: Ermənistan KTMT-ni tərk etməyib
# 24 aprel 2025 17:38 (UTC +04:00)

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov bildirib.

Onun sözlərinə görə, Ermənistanın təşkilata üzvlüyünə fasilə qoyulub.

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb. İrəvanın üzvlüyü dayandırılıb. İstənilən halda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində gələcək iştirakı bu ölkənin, müstəqil, suveren dövlətin siyasi rəhbərliyinin qərarıdır. Onun qərarlarına hörmətlə yanaşırıq”, - KTMT Baş katibi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR