Baş katib Paşinyanın KTMT sammitində iştirakına münasibət bildirib

Baş katib Paşinyanın KTMT sammitində iştirakına münasibət bildirib
# 22 aprel 2024 12:36 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü ildə keçiriləcək sammitində iştirak edib-etməmək qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu TASS-a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı və ya iştirak etməməsi suveren və müstəqil ölkənin qərarıdır. Bundan əlavə, sammitə hələ vaxt var, bu aylarda çox şey dəyişə bilər. Ümid edirəm ki, daha yaxşı olacaq”, - deyə KTMT baş katibi vurğulayıb.

Qeyd edək ki, rəsmi İrəvan rusiyayönümlü inteqrasiya formatlarının yüksək səviyyəli görüşlərində iştirakını dayandırıb. Belə ki, Paşinyan 2023-cü ildə Minskdə keçirilən KTMT sammitində də iştirak etməyib, həmçinin respublikanın bu təşkilatda iştirakını dondurduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR