“Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyana qarşı irəli sürülən cinayət işinin müddəti başa çatdığı üçün təqsirli bilinsə belə cəzadan yayına biləcək.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Anna Vardapetyan bildirib.
Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatəti təqdim edən baş prokuror deyib: “İddia müddəti bitdikdən sonra qanunvericiliyə əsasən hökm real cəza təyin edilmədən çıxarılır, lakin biz cinayət işi ilə məsələsəni məhdudlaşdırmırıq. Bu tip hallarda dövlət maraqlarının müdafiəsi üçün də iddia qaldırılır, çünki məqsəd təkcə cəza verilməsi deyil, həm də dövlət əmlakının qaytarılmasıdır".
Baş prokuror onu da əlavə edib ki, Ohanyan istənilən vaxt günahını etiraf edə bilər və bu zaman onun toxunulmazlıq hüququndan məhrum edilməsinə ehtiyac qalmayacaq.
Xatırladaq ki, Vardapetyan bu ilin yanvar ayında ölkə parlamentinə Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatət təqdim edib. Ohanyan xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmədə, vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.
***
11:09
Ermənistan parlamenti keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan barədə cinayət işinə başlamaq üçün parlamentə müraciət edib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müraciəti təqdim edən Baş prokuror Anna Vardapetyan Ohanyanın müdafiə naziri olduğu vaxtlar 2 hərbi hissənin ərazisini və binalarını satmaqda ittiham edildiyini açıqlayıb.
Prokurorluq 2008-2009-cu illərdə Seyran Ohanyanın 1,2 və 0,9 hektar sahəsi olan torpaq sahələrini Müdafiə Nazirliyinin ehtiyacının olmaması səbəbi ilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə satılması barədə qərar verdiyini bildirib.
Bununla yanaşı, Seyran Ohanyana qarşı daha 2 ittiham üzrə cinayət açılması üçün parlamentə müraciət edilib.