Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə İstintaq Komitəsi Basayev və Xəttabın dəstəsinin üzvlərini saxlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə hər iki qurum birgə məlumat yayıb.
Məlumatda qeyd olunub ki, FTX və İstintaq Komitəsi tərəfindən 1999 və 2000-ci illərdə Basayev və Xəttabın dəstəsinin tərkibində Şimali Qafqazda rus hərbçilərinə qarşı hücumların iki iştirakçısı saxlanılıb.