Rusiayanın Başqırdıstan Respublikasında magistral yolda avtomobillə yük maşınlı toqquşub.
APA xəbər verir ki, bu barədə respublikanın baş dövlət yol hərəkəti təhlükəsizliyi müfəttişi Vladimir Sevastyanov “Telegram” kanalında məlumat verib.
Hadisə nəticəsində 4 nəfər ölüb, 1 uşaq isə yaralanıb.
Bildirilib ki, uşaq ağır vəziyyətdə xəstəxanaya aparılıb.