Bank Of Baku

Başqırdıstanın səhiyyə naziri avtomobil qəzasında ağır xəsarət alıb

Başqırdıstanın səhiyyə naziri avtomobil qəzasında ağır xəsarət alıb
# 29 dekabr 2023 16:52 (UTC +04:00)

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının səhiyyə naziri Ayrat Raxmatullin avtomobil qəzasında ağır xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Başkortostan” Dövlət Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.

Qeyd olunub ki, Karaidel-Birsk avtomobil yolunda 4 avtomobil qəza törədib və nəticədə 2 nəfər hadisə yerində ölüb.

İlkin məlumatlara əsasən, nazirə körpücük sümüyünün qapalı sınığı və kəllə-beyin travması diaqnozu qoyulub və ən yaxın xəstəxanaya aparılıb.

Qəzanın baş vermə şəraiti araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR