Bastrıkin Rusiyada ölüm hökmünün bərpa olunmasını təklif edib

Bastrıkin Rusiyada ölüm hökmünün bərpa olunmasını təklif edib
# 28 iyun 2024 17:50 (UTC +04:00)

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ölüm hökmünün bərpa olunması imkanlarını nəzərdən keçirməyi təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın dövlət KİV-i məlumat yayıb.

Bildirilib ki, Bastrıkin ölüm hökmünə qoyulan moratoriumun ləğvi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Onun sözlərinə görə, ölüm cəzasına moratoriumun ləğvi prezidentin fərmanı ilə həyata keçirilə bilər:

“Görün nə baş verir. Budur ən son nümunə - "Crocus City". Əgər Sovet dövründə ağırlaşdırıcı şəraitdə iki və ya üç nəfərin öldürülməsinə görə ölüm hökmü verilə bilərdisə, bu 15 müttəhim maksimum ömürlük həbs cəzası alacaq. Bu nə deməkdir? Gündə üç dəfə yemək, iki saatlıq gəzinti”.

Bastrikin vurğulayıb ki, ömürlük həbs cəzası alan məhbusların saxlanmasına böyük büdcə xərclənir.

“Bu, təhlükəsizlik, onların yerləşdiyi çoxlu sayda koloniyaların saxlanması və sairdir, həkimlər, onlara təzə yemək vermək, aşpaz saxlamaq, kolbasa kəsmək, kompot vermək lazımdır”, - deyə İstintaq Komitəsinin rəhbəri bildirib.

Qeyd edək ki, 1997-ci ildə Rusiya Federasiyasında ölüm hökmü ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR