Batumidə əcnəbi turistlərdən hədə-qorxu yolu ilə pul tələb edən 4 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumatda bildirilib ki, Batumidə gecə klublarından birində çalışan saxlanılan şəxslər 4 əcnəbi turisti ölümlə hədələyərək onlardan 2580 türk lirəsi və 400 lari ələ keçiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir.