Bank Of Baku

Bayden və Ərdoğan Brüsseldə görüşəcəklər

Bayden və Ərdoğan Brüsseldə görüşəcəklər
# 24 mart 2022 10:26 (UTC +04:00)

ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan bu gün Brüsseldə danışıqlar aparacaqlar.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, iki liderin görüşü NATO-nun Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində keçiriləcək. ABŞ və Türkiyə liderləri ilk növbədə Ukrayna hadisələrini müzakirə edəcəklər.

Türkiyə liderinin NATO-nun Baş katibi, Fransa Prezidenti, Britaniyanın Baş naziri və Almaniya kansleri ilə də danışıqlar aparacağı gözlənilir.

Xatırladaq ki, danışıqların və sammitin əsas mövzusu Ukrayna ətrafındakı vəziyyətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR