Bank Of Baku

Baydenin müşaviri ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb - VİDEO

Ceyk Sallivan

© APA | Ceyk Sallivan

# 11 fevral 2022 23:41 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynadakı bütün amerikalıları ölkəni "dərhal tərk etməyə" çağırıb.

APA-nın CNN-ə istinadla xəbərinə görə, Sallivan bildirib ki, İstənilən amerikalı mümkün qədər tez və istənilən halda, yaxın 48 saat ərzində Ukraynanı tərk etməlidir.

"Aydındır ki, gələcəyi proqnozlaşdıra bilmərik. Nə baş verəcəyini dəqiq bilmirik, lakin indi risk kifayət qədər yüksəkdir və təhlükə kifayət qədər anidir", - deyə müşavir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR