Bank Of Baku

Belarus Çexiya diplomatını ölkədən çıxarır

Belarus Çexiya diplomatını ölkədən çıxarır
# 19 sentyabr 2025 12:32 (UTC +04:00)

Belarus Çexiya diplomatı Tomas Krılı persona non-qrata elan edib. O, 72 saat ərzində ölkəni tərk etməlidir.

APA Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün Çexiyanın Belarusdakı diplomatik nümayəndəliyinin müvəqqəti rəhbəri Tomas Krıl Xarici İşlər Nazirliyinə çağırılıb. Qarşılıq tədbiri olaraq Çexiya diplomatı persona non-qrata elan edilib və o, 72 saat ərzində Belarus ərazisini tərk etməlidir”, – nazirliyin məlumatında bildirib.

Xatırladaq ki, sentyabrın 8-də Çexiya Belarus diplomatını xüsusi xidmət orqanlarına casusluqda ittiham edərək onupersona non-qrata elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR