Bank Of Baku

Belarus ordusunda qəfil hərbi yoxlanış başlayıb

Belarus ordusu

© APA | Belarus ordusu

# 13 dekabr 2022 11:57 (UTC +04:00)

Belarus Silahlı Qüvvələrində hərbi hazırlıq səviyyəsinin qəfil yoxlanışına başlanılıb.

APA xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, bununla bağlı əsas yollarda hərəkət məhdudlaşdırılıb.

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığına əsasən Təhlükəsizlik Şurasının dövlət katibliyinin rəhbərliyi altında orduda qəfil yoxlamalara başlanılıb. Yoxlama gedən müddətdə hərbi texnikanın, şəxsi heyətin hərəkəti nəzərdə tutulub və bu səbəbdən də yollarda mülki şəxslərin hərəkəti məhdudlaşdırılacaq. Yoxlama tədbirləri kompleks xarakter daşıyacaq, qoşun birləşmələri qısa müddət ərzində təyin olunmuş ərazilərə irəliləməli, mühəndis-istehkam işlərini görməli, müdafiəsini və mühafizəsini təşkil etməli, Neman və Beryozina çayları üzərindən keçmək üçün körpülər quraşdırmalıdır”,- Nazirlik əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR