Bank Of Baku

Belarus prezidenti Priqojinlə danışıqların nəticələri barədə Putinə məlumat verib - YENİLƏNİB

Belarus prezidenti Priqojinlə danışıqların nəticələri barədə Putinə məlumat verib - YENİLƏNİB
# 24 iyun 2023 22:55 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin görülən işlərə görə Belarus lideri Aleksandr Lukaşenkoya təşəkkür edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Belarus prezidenti Rusiya prezidentinə “Vaqner”in rəhbərliyi ilə danışıqların nəticələri barədə ətraflı məlumat verib. Rusiya prezidenti belaruslu həmkarını dəstəkləyib və görülən işlərə görə təşəkkür edib”, - deyə məlumatda qeyd olunub.

***

22.32

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA xəbər verir ki, Belarus prezidenti rusiyalı həmkarını Vaqner özəl hərbi şirkətinin rəhbərliyi ilə danışıqların nəticələri barədə məlumatlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR