Bank Of Baku

Belarus səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

Belarus səfiri  Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb
# 08 fevral 2022 20:15 (UTC +04:00)

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat verib.

Görüşün təfərrüatları isə açıqlamayıb.

Diplomat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın postsovet məkanında ölkələrin birləşməsi prosesində üzvlüyünün perspektivləri ilə bağlı bəyanatından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində postsovet məkanında suveren dövlətlərin birləşməsi perspektivlərindən danışarkən “Ermənistanın gedəcək yeri yoxdur” açıqlamasını verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR