Belarusun cənubunda dövlət sərhədinin təhlükəsizliyi və müdafiəsi ərazidə əlavə birləşmələrin və hərbi hissələrin yerləşdirilməsi yolu ilə gücləndirilib.
APA xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç “Milli Müdafiə” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarına qarşı kompleks mübarizə və əks-təxribat hərəkətləri sisteminin effektivliyinin artırılmasına xüsusi diqqət yetirilir.
Volfoviç onu da bildirib ki, 2025-ci ildə Rusiya və Belarus qoşunları arasında təlimlər keçiriləcək.