Bank Of Baku

Belarus Ukrayna ilə növbəti sazişi ləğv edib

Belarus Ukrayna ilə növbəti sazişi ləğv edib
# 17 avqust 2023 10:13 (UTC +04:00)

Belarus hökuməti Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlıq sazişini denonsasiya edib.

APA xəbər verir ki, hökumətin bu haqda rəsmi qərarı Belarusun Milli Hüquq İnternet Portalında dərc edilib.

Həmçinin, bu sazişə əlavələrin edilməsi haqqında iki ölkə arasında 2003-cü il 16 iyulda Minskdə də imzalanmış hökumətlərarası protokola da xitam verilib.

Qeyd edək ki, müqavilə 1994-cü il 16 dekabrda Belarus paytaxtı Minskdə iki ölkə tərəfindən imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR