Rusiya Dövlət Duması Belarus vətəndaşlarının Rusiya Federasiyası seçkilərində iştirakı haqqında protokolu ratifikasiya edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, protokol Rusiyada daimi yaşayan Belarus vətəndaşlarının Rusiyanın yerli özünüidarəetmə orqanlarına səsvermə və seçilmək hüququna malik olmasını nəzərdə tutur.