Bank Of Baku

Belarus XİN başçısı Ermənistanla diplomatik gərginliyin olmadığını bildirib

Vladimir Makey

© APA | Vladimir Makey

# 16 fevral 2022 13:24 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın İttifaq Dövlətinə daxil olmaqla bağlı açıqlaması Minsklə İrəvan arasında diplomatik skandala səbəb olmayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey jurnalistlərə açıqlamasında deyib.

“Bu məsələdə Ermənistandakı bəzi siyasi qüvvələrin hiperaktivliyi hiss olunurdu. Amma Prezidentin çıxışına diqqətlə baxmaq lazımdır, orda hansısa dövlətin zorla inteqrasiya birliklərinə cəlb olunması barədə söhbət getməyib”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR