Belarusda Bobruysk-Qlusk avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 10 nəfər xəsarət alıb.
APA “BelTA”ya istinadən xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, sərnişin avtobusu ilə traktorun toqquşması zamanı baş verən qəza nəticəsində ölən yoxdur, xəsarət alanlar arasında 1 uşaq da var.
Hadisə yerinə müvafiq qurumlar cəlb olunub, xəsarət alanlar xəstəxanalara yerləşdirilib.