Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları ölkənin dəmir yollarını partlatmağa hazırlaşan ukraynalı diversantları saxlayıb.
APA xəbər verir ki, bu barədə Belarus DTK bəyanat yayıb.
Qeyd olunub ki, onlar saxlanılan zaman partlayıcı maddələr və detonatorlar götürülüb. Həmçinin əlavə olunub ki, saxlanılan üç nəfər diversant Stolbtsı (Minsk vilayəti) və Toloçin (Vitebsk vilayəti) vilayətlərində dəmir yolunda terror aktları həyata keçirməyə hazırlaşıblar.