Bu gün Belarusda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilir.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bülletenlərə səsvermə üçün 6,8 nəfər daxil edilib.
Səsvermə yerli vaxtla saat 20.00-da başa çatacaq.
Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Kaperenko saat 12.00-a seçicilərin 52,85 faizinin səs verdiyini və 50 faizlik baryer aşıldığı üçün referendumun baş tutduğunu bildirib.