Belarusun hərbi qulluqçuları xüsusi hərbi əməliyyatın təcrübəsinə əsaslanaraq Rusiya Federasiyasında təlim keçəcəklər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyada təlim keçəcək hərbçilər Belarusa döyüş hazırlığının ən mürəkkəb fənləri üzrə təlimatçı kimi qayıdacaqlar.