Bank Of Baku

Berbok Arazdəyənə gedib, zavodun başqa ərazidə inşa ediləcəyi onun diqqətinə çatdırılıb

Berbok Arazdəyənə gedib, zavodun başqa ərazidə inşa ediləcəyi onun diqqətinə çatdırılıb
# 04 noyabr 2023 11:44 (UTC +04:00)

Ermənistanda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok Arazdəyənə gedib.

APA “Armenpress”ə istinadən xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının əməkdaşları almaniyalı naziri müşayiət ediblər.

Berbok, Azərbaycanla sərhəddə inşa olunması planlaşdırılmış “erməni-amerikan” metallurgiya zavodunun ərazisində olub.

Aİ müşahidə missiyası rəhbərinin müavini Marek Kuberski Berbokun diqqətinə çatdırıb ki, zavod başqa ərazidə inşa olunacaq.

Kuberski onu da bildirib ki, sərhəddə monitorinq apardıqları ərazilərdə ümumilikdə vəziyyət stabildir.

Bundan sona Almaniya xarici işlər naziri Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüşmək üçün Ararat vilayətinin Vostan kəndinə gedib.

Qeyd edək ki, iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR