Bank Of Baku

Beynəlxalq İşlər üzrə Rusiya Şurasının baş direktoru dəyişib

Beynəlxalq İşlər üzrə Rusiya Şurasının baş direktoru dəyişib
# 14 mart 2023 17:46 (UTC +04:00)

Beynəlxalq İşlər üzrə Rusiya Şurasının baş direktoru dəyişib.

APA-nın Moskva müxbirinin məlumatına görə, yarandığı 2011-ci ildən baş direktor vəzifəsini yitan Andrey Kortunov vəzifəsindən gedib. Onun yerinə İvan Timofeyev təyin olunub.

Rusiya KİV-nin yazdığına görə, Kortunovun baş direktor vəzifəsindən getməsinə səbəb Rusiya Xarici İşlər Nazirliyinin onun fəaliyyətindən narazı olması olub.

Qeyd edək ki, Beynəlxalq İşlər üzrə Rusiya Şurası xarici siyasət və beynəlxalq münasibətlər sahəsində Rusiyanın qeyri-kommersiya təşkilatıdır. 2011-ci ildə o vaxtkı Rusiya Prezidenti Dmitri Medvedevin sərəncamı əsasında yaradılıb. Təşkilatın təsisçiləri arasında Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Təhsil və Elm Nazirliyi, Rusiya Elmlər Akademiyası və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı var.

Təşkilatın saytında deyilir ki, qurumun fəaliyyəti sülhün, xalqlar arasında dostluğun və harmoniyanın möhkəmləndirilməsinə, beynəlxalq münaqişələrin qarşısının alınmasına və böhranların idarə olunmasına yönəlib.

Beynəlxalq İşlər üzrə Rusiya Şurasının prezidenti keçmiş xarici işlər naziri İqor İvanovdur.

Şuranın Rəyasət Heyətinə Kortunov və İvanovdan başqa, biznesmen Pyotr Aven, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, politoloq Fyodor Lukyanov və Rusiyanın Çindəki səfiri İqor Morqulov daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR