Birləşmiş Krallıqda yeni qan qrupu kəşf edilib

Birləşmiş Krallıqda yeni qan qrupu kəşf edilib
# 21 sentyabr 2024 07:31 (UTC +04:00)

Böyük Britaniyada 50 illik araşdırmalar nəticəsində yeni qan qrupu kəşf edilib.

APA Euronews-a istinadlə xəbər verir ki, tədqiqatçıların “MAL” adlandırdıqları yeni kəşf edilmiş qan qrupuna çox az adamın sahib olduğu düşünülür.

İngiltərədə Bristol Universiteti, NHS Qan və Transplant və NHSBT Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasının tədqiqatçıları 50 illik iş nəticəsində həmin yeni qan qrupu kəşf etdiklərini açıqlayıblar. Bu araşdırma ilə varlığı çoxdan məlum olan, lakin sirr olaraq qalan AnWj qan qrupu antigeninin genetik infrastrukturu tamamlanıb. Tədqiqatın nəticələri bu qan qrupu olan xəstələri müəyyənləşdirmək və müalicə etmək üçün istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR