Bank Of Baku

Bişkekdə bomba xəbərinə görə bir çox obyektlərdən insanlar təxliyə olunur

Bişkekdə bomba xəbərinə görə bir çox obyektlərdən insanlar təxliyə olunur
# 13 dekabr 2023 11:16 (UTC +04:00)

Qırğızıstanın paytaxtı Bişkekdə məktəb, ticarət mərkəzi və digər obyektlərdən insanlar kütləvi təxliyə olunur.

APA xəbər verir ki, bu barədə “Sputnik”in Qırğızıstan bürosu məlumat yayıb.

Paytaxtda yerləşən məktəblər, ticarət mərkəzləri, xəstəxanalar, hətta doğum evlərində və uşaq bağçalarında olan şəxslərin kütləvi təxliyəsi davam etdirilir.

Buna səbəb olaraq naməlum şəxslərin həmin binalarda bomba qoyulması barədə xəbər verməsi göstərilib.

Paytaxtda bir sıra ərazilər mühasirəyə alınıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR